İqtisad Universitetinin yeni rektoru danışdı- Yenilənib

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Dövlət İqtisad Universitetinə yeni rektor təyin edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ədalət Muradov İqtisad Universitetinə yeni rektor təyin edilib. Ə.Muradov İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

İqtisadiyyat elmlər doktoru olan Ə.Muradov Kiyev Dövlət Universitetinin məzunudur. (17/00)

***

"Mənə prezident İlham Əliyev tərəfindən çox böyük etimad göstərilib".

Bunu lent.az-a açıqlamasında prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni rektoru təyin edilmiş Ədalət Muradov deyib.

Ə. Muradov rektor təyin edilməsi barədə xəbəri təsdiqləyib: "Mən bu etimadı həmişə doğrultmağa çalışacağam".

Yeni rektor gələcəkdə görəcəyi işlərin də anonsunu verib: "Hazırda Azərbaycan təhsilində böyük islahatlar gedir. Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya olunmalıdır. Mən də bu çətin işdə öz köməkliyimi, var-gücümü əsirgəməyəcəyəm".

AzNews.az