Keçmiş məhkumlara şad xəbər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə başlanıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Mərkəz Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün nəzərdə tutulacaq.

Adıçəkilən qurum penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılmasına xidmət edəcək.
Bu məqsədlə mərkəz dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində müvafiq işləri görəcək.

Amid
AzNews.az