“MƏNİ İLQARIN İŞİ DEYIL, SƏHHƏTİ MARAQLANDIRIR” “MƏNİ İLQARIN İŞİ DEYIL, SƏHHƏTİ MARAQLANDIRIR”

Gülər Əhmədova qardaşının ANS-dən getməsindən – DANIŞDI

“MƏNİ İLQARIN İŞİ DEYIL, SƏHHƏTİ MARAQLANDIRIR”




"Günəbaxan" verilişinin aparıcısı İlqar Mikayıloğlunun ANS-dən çıxmasına bacısı, sabiq deputat Gülər Əhmədova münasibət bildirib.

O, AzNews.az açıqlamasında deyib ki, qardaşının işdən getməsindən xəbəri yoxdur: "Mən ilk dəfə sizdən eşitdim bu xəbəri. Açığını deyim bu dəqiqə məni İlqarın işi deyil, səhhəti maraqlandırır. Onun qolu çox pis sınıb. Hamımız onun başına gələn bu xoşəgəlməz hadisəyə görə narahatıq. Mənim üçün əsas onun tez sağalmasıdır".

Sabiq deputat deyib ki, qardaşının səhhəti ilə əlaqədar ona tez-tez baş çəkir: "Qolu sınandan sonra ona tez-tez baş çəkirəm. Amma nədənsə bu qərarı ilə bağlı mənə heç nə deməyib. İş məsələsi ilə bağlı İlqarla danışmamışam. Qardaşımın işdən getməyini ilk dəfə sizdən eşidirəm".



Amid
AzNews.az