“Sənə “Allah rəhmət eləsin!” demək bilirsən necə haqsızlıqdı?..”

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal avtomobil qəzasında dünyasını dəyişən işçisi Fuad Abdurahmanli ilə bağlı öz fikirlərini bildirib.



AzNews.az xəbər verir ki, baş redaktor işçisinin qəfil ölümündən sarsıldığını və günə belə acı xəbərlə başlamağın çətin olduğunu deyib: "Bu günə belə dəhşətli xəbərlə başlamaq çox çətindi, dözülməzdi. İnandığın, dost kimi sonunadək kürək söykəyə biləcəyin bir insanı itirmək... Fuad Turan Abdurahmanli Gənclik hərəkatımızın səmimi, səviyyəli, savadlı, mərd üzlü fəallarından biri. "Türküstan" ailəsinin sevimli övladı, saytımızın redaktoru, ... 10 ildir bir YERdə, bir YOLda yürüdük. Ötən gecə yol qəzasında bir an içində bu həyatla vidalaşdı. Doğmalarına, tanıyanlarına tərif edilməsi mümkünsüz olan bir boşluq buraxdı getdi. Sənə bu çağında "Allah rəhmət eləsin!" demək bilirsən necə haqsızlıqdı... "Əlvida! demək də eləcə... Hələlik deyirəm, Fuad. Dəlicəsinə bağlandığın bu YOLda hər zaman səni yanımızda hiss edəcəyik, əziz qardaşım. Sənə çatanadək. Öpürəm, o gözəl ruhundan!"

AzNews.az