Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik maddələr əkənlərin həbsini tələb edir Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik maddələr əkənlərin həbsini tələb edir

ETSN hüquq-mühafizə orqanlarına müraciət edib

Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik maddələr əkənlərin həbsini tələb edir



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə vaxtaşırı reydlər keçirir.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu ilin may-avqust aylarında həyata keçirilmiş mütəmadi reydlər zamanı bir neçə dəfə Qoruğun yüksək dağlıq ərazisində tərkibində narkotik xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi faktları aşkar edilb.

Belə ki, Qoruğun ərazisində keçirilmiş reydlər zamanı Gərəkli sahəsinin 03,04,05,06 saylı dolaylarında qanunsuz olaraq kol-kosdan təmizlənmiş sahələrdə tərkibində narkotik xassəli maddələr olan çətənə bitkisinin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi müəyyən olunub.

Bununla bağlı Balakən rayon Polis Şöbəsinə məlumat verilib. Həmçinin hadisə yerində saxlanılan təqsirkar şəxs Balakən rayon Gərəkli kənd sakini Cavid Dibirov rayon Polis Şöbəsinə təhvil verilib.

Aşkar olunmuş faktlarla bağlı xidməti vəzifələrini layiqincə icra etmədiklərinə görə Qoruğun mühafizə üzrə direktor müavini, sahə müfəttişi və 6 nəfər mühafizə yegeri tutduqları vəzifədən azad olunub. Bu cür halların baş verməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məlumat göndərilib.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qoruğun əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdirilir.

AzNews.az