- Köhnə - Cəmiyyət
- 20 Dekabr 2014 21:55
- 4 670
Sabiq nazir yenidən əməliyyat olundu – FOTO
Sabiq təhsil naziri, professor Firudin Cəlilov bu gün Türkiyədə yenidən əməliyyat olunub.
Axar.az-ın məlumatına görə, bu barədə eks-təhsil nazirinin dostu Bilgəhan Adsız Gökdağ öz Feysbuk səhifəsində məlumat yayıb.
O, F.Cəlilovun Ankaranın Bayındır xəstəxanasında uğurlu əməliyyat keçirdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, dekabrın 15-də səhhəti kəskin pisləşən alim təcili olaraq əvvəl də əməliyyat olunduğu Ankara xəstəxanasına aparılıb. Dekabrın 17-də isə F. Cəlilov 6 saatlıq əməliyyat keçirib. Uğurla keçən əməliyyatda alimin sol ayağının arterial qan damarı dəyişdirilərək süni damarla əvəz olunub.