"Belə verilişlər arzu olunan deyil” "Belə verilişlər arzu olunan deyil”

Nuşirəvan Məhərrəmli “El gizli axşamlar”ı bağlamaq istəyir

"Belə verilişlər arzu olunan deyil”



"Bizim ən yaralı yerimizdən biri problemli ailələr üzərində tok-şouların qurulmasıdır. Çox təəssüf ki, bəzi televiziya kanalları bunu əllərində bayraq tutur və belə verilişlər hazırlayırlar. Süni şəkildə bununla bağlı gərginlik yaradırlar".

Bunu AzNews.az-a Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli dedi. Onun sözlərinə görə, belə verilişlər çəkilərkən efirdə hər iki tərəfin dava səhnələri nümayiş etdirilir: "Bunlar elə hesab edir ki, həmin səhnələr efir üçün normal şeylərdir. Amma bunlar olmamalıdır. Televiziya kanalları hər hansı bir məhkəmə orqanları deyil. Əgər jurnalist araşdırma aparırsa, dava səhnələri orada olmamalıdır. Bunlar isə o səhnələri ən ağır formada həyata keçirirlər. Bəzən söyüşlər, təhqirlər həddi aşır. Biz bununla bağlı telekanal rəhbərlərinə öz tövsiyəmizi vermişik. Belə verilişlər arzu olunan deyil".

N.Məhərrəmli onu da bildirdi ki, qanunvericilik imkan versəydi, "El gizli axşamlar" kimi verilişləri bu dəqiqə bağlayardıq.

Bahar Rüstəmli
AzNews.az