“Fikrət Əmirov” filminin təqdimatı keçirilib

Heydər Əliyev Sarayında bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan filmin ilk nümayişi keçirilib.

Aznews.az xəbər verir ki, yubiley tədbirində mədəniyyət naziri Anar Kərimov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edib.

“Fikrət Əmirov” bədii-sənədli filmi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edir. Filmdə müsahibələrlə yanaşı, bədii səhnələrə də yer verilib. Çəkilişlər Bakı, Gəncə və Şuşada aparılıb.

Qeyd edək ki, “Fikrət Əmirov” bədii-sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, ikinci rejissoru Çingiz Həsənov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.

image description