Prezident baş nazirin istefasını qəbul etdi

İtaliya prezidenti Sergio Mattarella baş nazir Matteo Rentsinin istefasını qəbul edib.


"Qafqazinfo" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Xatırladaq ki, M. Rentsi ölkədə keçirilən konstitusiya islahatı haqqında referendumda gözlədiyi nəticəni əldə etmədiyi üçün istefa verib.

AzNews.az