“Ukrayna hərbçilərinin geri qaytarılması terrorçularla danışıqlardan sonra mümkün oldu və əsirlikdən daha 36 hərbçi azad edildi”. “Ukrayna hərbçilərinin geri qaytarılması terrorçularla danışıqlardan sonra mümkün oldu və əsirlikdən daha 36 hərbçi azad edildi”.

“Əsirlikdən daha 36 hərbçi azad edilib” – Poroşenko

“Ukrayna hərbçilərinin geri qaytarılması terrorçularla danışıqlardan sonra mümkün oldu və əsirlikdən daha 36 hərbçi azad edildi”.


AzNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petr Poroşenko öz facebook səhifəsində məlumat verib. O, yazıb ki, hərbçilər bu gün azad edilib: "Danışıqlar nəticəsində əsirlikdə olan hərbçilərdən dünən 21-i, bu gün isə 36-sı azad edildi. Atəşkəs rejimi əsirlərimizi azad etməyə, ordunu gücləndirməyə, güclü müdafiə xətti yaratmağa və şəhər, eləcə də kəndləri qorumağa imkan yaradır".

Xatırladaq ki, bundan əvvəl Rusiyanın 63 hərbi qulluqçunu azad etməsi barədə xəbər verilmişdi. Həmin hərbçilər Rusiya Silahlı Qüvvələrinin 9 desantçısı ilə dəyişdirilmişdi.



Aydan Axundova
AzNews.az