- Köhnə - Dünya
- 19 Sentyabr 2014 13:17
- 2 460
“Boeing“ qəzasının 224 qurbanı tanındı

Mütəxəssislər bu il iyulun 17-də Ukraynanın Donetsk vilayətində qəzaya uğramış Malayziyanın "Boeing-747" təyyarəsinin 224 qurbanını artıq eyniləşdiriblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumat görə, Malayziyanın Baş naziri Liou Tionq Lay bəyan edib ki, niderlandlı məhkəmə ekspertləri 224 cəsədin qalıqlarını eyniləşdiriblər: "Daha 74 qurbanın tanınması üzərində iş aparılır".
Qeyd edək ki, təyyarə Amsterdamdan Kuala-Lumpura uçurdu.