Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olub Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olub
  • Fanat
  • 18 İyul 2019 21:52
  •  1 153

“Neftçi” 60-cı avrokubok oyununda 60-cı qolu vurub

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olub

Öz meydanında Moldova “Speranta”sını qəbul edən Azərbaycanın ən titullu klubu avrokuboklarda 60-cı oyununu keçirir.

Bu görüşdə hesabı açan Vangelis Platellasın qolu da tarixi əhəmiyyət kəsb edib. Yunanıstanlı legioner “Neftçi”nin avrokuboklarda 60-cı qoluna imza atıb.

Qeyd edək ki, hazırda 2:0 hesabı ilə öndə olan bakılılar qol sayını 61-ə çatdırıb. (APA)