Madrid “Real”ı bu turda səfərdə “Qranada” ilə qarşılaşıb Madrid “Real”ı bu turda səfərdə “Qranada” ilə qarşılaşıb
  • Fanat
  • 14 May 2021 11:09
  •  9 352

“Real”dan darmadağın

Madrid “Real”ı bu turda səfərdə “Qranada” ilə qarşılaşıb

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

AzNews.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

“Valyadolid” doğma meydanda “Vilyarreal”a iki cavabsız qolla məğlub olub. “Eybar” – “Betis” matçında isə qalib müəyyənləşməyib.

Madrid “Real”ı bu turda səfərdə “Qranada” ilə qarşılaşıb. Çempionluq uğrunda mübarizə aparan “kral klubu” səfərdə darmadağınla qalib gəlib və “Barselona”nı geridə qoyaraq ikinci pilləyə yüksəlib.

İspaniya La Liqası
36-cı tur
13 may

Valyadolid – Vilyarreal 0:2
Qol: Moreno, 68. Kapue, 90+1.

Eybar – Betis 1:1
Qol: Enrix, 83 – Quardado, 4.

Qranada – Real 1:4
Qol: Molina, 71 – Modriç, 17. Rodriqo, 45+1. Odriosola, 75. Benzema, 76.