Almaniya Azərbaycanla dialoqu genişləndirməyə səy göstərir Almaniya Azərbaycanla dialoqu genişləndirməyə səy göstərir
  • Flash
  • 25 İyul 2019 18:31
  •  5 456

"Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır"

Almaniya Azərbaycanla dialoqu genişləndirməyə səy göstərir

Bu barədə Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Volfqanq Maniq bildirib.

“Azərbaycan bizim Cənubi Qafqazdakı ən mühüm iqtisadi tərəfdaşımızdır. Biz, məsələn, bərpa olunan enerji mənbələri, peşə təhsili və s. sahələrdə əməkdaşlıq edə bilərik”, - deyə videobağlantı zamanı bildirən diplomat əvvəllər də işlə bağlı Azərbaycana səfər etdiyini, ölkənin heyrətamiz dərəcədə dinamik inkişafa nail olduğunu dilə gətirib: “Bakı artıq qara neft şəhəri yox, gənc, tərəqqiyə can atan meqapolisdir”.

Humanitar əlaqələrə də toxunan səfir bu gün Almaniya ali məktəblərində 1400-dək azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdırıb.

“Sözsüz ki, bununla yanaşı, siyasi əlaqələrimizi də inkişaf etdirməyə çalışırıq. Bütün sahələrdə qarşılıqlı dialoqu daha da gücləndirmək niyyətindəyik. Burada olduğuma, Almaniya – Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyimə görə çox şadam” – deyə səfir vurğulayıb. (Report)