- Köhnə - Hadisə
- 15 Fevral 2016 15:56
- 4 280
Atəşkəs pozuldu – Ağdamda məktəbli yaralandı (Fotolar)

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində atəşkəs rejimini pozub.
AzNews.az xəbər verir ki, atəşkəsin pozulması nəticəsində Ağdamın Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından yaralanıb.
C.Məmmədov 11-ci sinif şagirdidir.
Yaralı Ağdam Rayon Xəstəxanasına çatdırılıb.
***
17:56
AzNews.az-ın məlumatına görə, hadisə məktəblinin sahədə təmizlik işi apardığı vaxt olub. C.Məmmədov ermənilərin açdığı atəş nəticəsində sol qolu və sol ayağından yaralanıb.





Ziya