- Köhnə - Hadisə
- 3 Oktyabr 2018 20:37
- 7 652
Abşeronda yol qəzası - 5 nəfər yaralandı

Abşeron rayonunda yol qəzası baş verib.
Hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması zamanı Sumqayıt şəhər sakinləri - 1962-ci il təvəllüdlü Hidayət Nəbi oğlu Nəsirov, 1977-ci il təvəllüdlü Ramin Adil oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Nurşən Bəşir oğlu Şəfiyev, 1994-cü il təvəllüdlü Qədim Mustafa oğlu Məmmədov və 1964-cü il təvəllüdlü İlqar Nail oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(report.az)
AzNews.az