"Utandığımdan o insanın üzünə baxmadım" "Utandığımdan o insanın üzünə baxmadım"

London aeroportunda biabırçılıq – Qadına sinəsini açmağı məcbur etdilər

"Utandığımdan o insanın üzünə baxmadım"

Londonun Luton aeroportunda biabırçı olay yaşanıb. Dublin şəhərinə uçmağa hazırlaşan 34 yaşlı qadın-transgender Lilit Kerrola sinəsini açmağı məcbur ediblər.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, aeroport əməkdaşlarından biri öncə əli ilə onun paltarının üstündən sinəsini yoxlayıb.

“Məndən soruşdular ki, orda nə var? Cavab verdim ki, görmürsünüz, sinəmdir. Ancaq bu sözüm onu qane etmədi və ayrı otağa keçməyimi dedi. Orda isə üst paltarımı tam soyundurdu. Utandığımdan o insanın üzünə baxmadım. Soyunmaya da bilərdim, ancaq düşündüm ki, onun əmrini icra etməsəm, reysə gecikərəm. O olaydan sonra indiyədək bədənim silkələnir. Deyəsən bir daha Londondan uçmayacağam” – deyə Lilit bildirib.

Hadisədən sonra aeroport rəsmisi əlaqə saxlayaraq sərnişindən üzr istəyib.