- Qayıdış
- 09:56
- 1 153
Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur - Emin Hüseynov
Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur.
Aznews.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Baş planlar elə tərtib olunur ki, əsas obyektlər bir yerdə cəmlənsin və insanlar üçün əlverişli olsun:
"Milli, mədəni və tarixi irsimizi qorunması da bərpa və quruculuq işlərində vacib yer tutur. Həmçinin müasir iş yerləri və ləayəqtli yaşayışın təmin edilməsi önəmlidir".
E.Hüseynov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə "yaşıl zona" prinsipi tətbiq edilir:
"Fərdi yaşayış evlərinin üzərində günəş panelləri yerləşdirilir, ikitərəfli sayğaclar tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisinin mənbəyi alternativ enerji mənbələrindən qaynaqlanır".