- Paytaxt
- 10:20
- 884
Nazir müavini: 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub
Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub.
Aznews.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov deyib.
O bildirib ki, mənzil siyasəti yalnız binalarla deyil, insanların gələcəyi, sosial inklüzivlik və imkan bərabərliyi ilə bağlıdır.
Anar Kərimov qeyd edib ki, dünyada yaxın 20 ildə təxminən 3 milyard insanın mənzilə ehtiyacı yarana bilər və bu səbəbdən mənzil maliyyəsinin əlçatan, inklüziv və maliyyə baxımından dayanıqlı olması vacibdir.
Onun sözlərinə görə, Azərbaycan son 20 ildə sosial inklüzivlik və maliyyə dayanıqlığını birləşdirən mənzil maliyyələşməsi sistemi formalaşdırıb.
Maliyyə nazirinin birinci müavini bildirib ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ölkənin daxili mənzil maliyyələşməsi sisteminin əsas institusional dayaqlarından birinə çevrilib.
Anar Kərimov vurğulayıb ki, fond vasitəsilə indiyədək 58 mindən çox ipoteka krediti və 9 min kirayə mexanizmi ilə mənzil satışı maliyyələşdirilib.