- Dünyanın halı
- 16:57
- 1 936
Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib.
Aznews.az 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib.
Tokayev və Sarvar iki ölkə arasında ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə ediblər.
"Qazaxıstan və Böyük Britaniyanı konstruktiv siyasi dialoq və müxtəlif səviyyələrdə fəal əlaqələr birləşdirir. Əminəm ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialımız var", – Tokayev deyib.
O qeyd edib ki, Birləşmiş Krallıq Qazaxıstanın aparıcı ticarət və investisiya tərəfdaşlarından biridir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi 83 % artaraq 1,6 milyard dolları ötüb. Bu gün Qazaxıstanda 500-dən çox Britaniya şirkəti fəaliyyət göstərir.
Sarvar isə Qazaxıstanla strateji tərəfdaşlığın davamlı inkişafını məmnunluqla qeyd edərək, Britaniyanın biznes layihələrini dəstəklədiyinə və ölkədə əlverişli investisiya mühiti yaratdığına görə Tokayevə təşəkkür edib.