- Dünyanın halı
- 18:54
- 1 091
Səudiyyə Ərəbistanının əsas neft kəməri yenidən dayandırılıb
Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəməri Yəmən husilərinin yeni hücumlarından sonra fəaliyyətini dayandırıb.
Bu barədə AFP agentliyi vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanının enerji sektorundakı mənbə bildirib ki, ötən gün “Şərq-Qərb” neft kəmərinə yenidən hücum edilib. Onun sözlərinə görə, hücum Ər-Riyadın şərqində yerləşən Hurays şəhərindəki yüksək təzyiqli nasos stansiyasını hədəf alıb.
Agentliyin məlumatına görə, bu ərazi ilk dəfə Yəmən husilərinin hücumuna məruz qalıb.
Mənbə vurğulayıb ki, hücum nəticəsində yaranan zərər “o qədər böyük olub ki, kəmər vasitəsilə neft nəqli yenidən dayandırılıb”.
Mövsüm,
AzNews.az