ABŞ Estoniyaya sərhəd təhlükəsizliyi üçün 13 kəşfiyyat PUA-sı verib

ABŞ sərhədlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Estoniyaya 13 kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı (PUA) verib.

Bu barədə ERR telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Tallində imzalanmış saziş çərçivəsində söhbət ABŞ istehsalı olan kiçik ölçülü “Skydio X10D” pilotsuz aviasiya sistemlərindən gedir.

ABŞ-nin Estoniyadakı səfirliyindən bildirilib ki, kameralar və istilikölçən cihazlarla təchiz edilmiş dronlar vasitəsilə günün istənilən saatında əlçatmaz ərazilərə nəzarət etmək mümkündür.

ABŞ-nin Estoniyadakı səfiri Roman Pipko bildirib ki, pilotsuz uçuş aparatlarının Tallinə verilməsi “ABŞ-nin Estoniyanın təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini nümayiş etdirir”.

Mövsüm,
AzNews.az