Pakistan ABŞ-İran danışıqları üçün vasitəçilik səylərini davam etdirir

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar çərşənbə axşamı BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə İslamabadın ABŞ və İran arasında danışıqları asanlaşdırmaq istiqamətindəki səyləri barədə ona məlumat verib.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Dar mübahisələrin həlli üçün dialoq və diplomatiyanın ən effektiv vasitələr olduğunu vurğulayaraq, ölkəsinin bu istiqamətə sadiqliyini bir daha təsdiqləyib.

Mövsüm,

AzNews.az