İran parlamenti “düşmən” media ilə əməkdaşlığa görə cəza nəzərdə tutan müddəanı təsdiqləyib

İran parlamenti “düşmən” kimi qiymətləndirilən media qurumları və şəxslərlə müsahibə və ya müzakirələrdə iştirak edən vətəndaşların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müddəasını təsdiqləyib.

Bu barədə İran dövlət mediası məlumat yayıb.

Xarici təsirə qarşı mübarizə haqqında qanun layihəsinin 22-ci maddəsi İran Kəşfiyyat Nazirliyi tərəfindən “düşmən” elan edilən media qurumları və şəxslərlə yanaşı, birinci və ya ikinci səviyyəli ölkələrlə əlaqəli agentlər tərəfindən maliyyələşdirilən, idarə olunan və ya onlara məxsus mediaya da şamil olunur.

Qanunu pozan şəxslər İran Cinayət Məcəlləsinə əsasən altıncı dərəcəli cəzalardan birinə və ya bir neçəsinə məruz qala bilərlər.

Hökumət rəsmiləri isə bu müddəanın təsir dairəsindən azaddır.

Mövsüm,

AzNews.az