Şəkidə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Şəkidə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daha 2 piyada vuruldu

Şəkidə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


AzNews.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, fevralın 24-ü axşam saat 20 radələrində rayonun Orta Zəyzid kənd sakinləri 1994-cü il təvəllüdlü, Fərid Polad oğlu İsfəndiyarov və 1996-cı il təvəllüdlü Əflatun Şahin oğlu Ağaşirinov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi zamanı məlum olub ki, hər iki şəxs kəndin ərazisində yolla gedərkən onları avtomobil vurub. 22 yaşlı Fərid İsfəndiyarova ağır qapalı kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır olduğundan ilkin müayinə edildikdən sonra dərhal Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 20 yaşlı Əflatun Ağaşirinovun vəziyyəti yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşları hazırda hadisənin baş verdiyi Orta Zəyzid kəndində araşdırma aparırlar. İlkin araşdırmadan sonra piyadaları vuran sürücünün kimliyi barədə məlumat vermək mümkün olacaq.