Azərbaycanlı Babək Əhmədovun işi ilə bağlı istintaqı yekunlaşır Azərbaycanlı Babək Əhmədovun işi ilə bağlı istintaqı yekunlaşır

“Aristokrat” kafesində baş verənlər araşdırılır

Azərbaycanlı Babək Əhmədovun işi ilə bağlı istintaqı yekunlaşır



Rusiya Federasiyası İstintaq Komitəsinin Vladimir vilayəti üzrə istintaq orqanı "Aristokrat" kafesinin baş direktoru, azərbaycanlı Babək Qara oğlu Əhmədovun işi ilə bağlı istintaqı yekunlaşdırıb.

APA-nın qurumun saytına istinadən xəbərinə görə, B.Əhmədovun Rusiya Cinayət Məcəlləsinin ölümə sui-qəsd maddəsi ilə ittiham olunur.
İstintaq materiallarına görə, 22 aprel 2012-ci il tarixində kafenin Azərbaycan vətəndaşı olan 25 yaşlı ofisiantı kafedə keçiriləcək toy mərasiminə kömək etmək üçün öz əmisi oğlu ilə birlikdə oraya gəlir. Onları görən direktor gənclərin gecikməsi ilə bağlı iradını bildirir və mübahisə yaranır. Əhmədovun hiddətləndiyini görən qohumlar kafeni tərk edirlər. Lakin kafenin direktoru sakitləşmir və avtomobili onların arxasınca sürür. Onlara çatdıqda isə mübahisəni davam etdirir və 25 yaşlı gəncə söhbəti avtomobildə davam etməyi təklif edir.

Onun etiraz etməsindən sonra isə Əhmədov gözlənilmədən şalvarının bel hissəsindən travmatik silah çıxarıb həmyerlisinin üzünə və bədəninə yaxın məsafədən 6 atəş açır, yıxıldıqdan sonra isə onu təpikləyib hadisə yerindən gedir. Hadisənin şahidi olan 14-15 yaşlı yeniyetmələr təcili tibbi yardıma zəng edib. Faktı hadisə yerində olan bir qadın da təsdiq edib.

Zərərçəkmiş hospitala yerləşdirilib, zamanında göstərilmiş tibbi yardım nəticəsində onun vəziyyətinin ağırlaşmasının qarşısı alınıb. Aldığı bədən xəsarətləri onun simasını tanınmaz hala salıb və bir gözü tamamilə görmə qabiliyyətini itirib. Zərərçəkmiş hadisəni etiraf etmir, bunu sadəcə özünü və sağlamlığını qorumaq məqsədilə etdiyini deyib, şahid kimi isə bu işdə maraqlı olan adamları - öz işçilərini göstərib.

Hadisə ilə bağlı kifayət qədər sübutlar, o cümlədən videokameraların görüntüləri əldə edilib. Prokurorluq cinayət işini baxılması üçün Frunze rayon məhkəməsinə göndərib.

AzNews.az