Anasını görmək istədi - Qardaşı beşbarmaqla döydü

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində isə döyülmə faktı qeydə alınıb.

ARB TV xəbər verir ki, 56 yaşlı Ağalar Mirzəyev anasına baş çəkmək məqsədi ilə atasının evinə gəlib və orada qardaşı tərəfindən döyülüb.

Belə ki, Gülbaba Mirzəyev əlindəki beşbarmaqla qardaşı Ağalar Mirzəyevin üz nahiyyəsinə bir neçə dəfə zərbə endirib. Xəstəxanaya gətirilən yaralıya tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat verilib.

Təhqiqat araşdırmaları zamanı, hadisəni törədən şəxsin içkili vəziyyətdə olduğu aşkarlanıb və o, şübhəli şəxs qismində saxlanılıb. Gülbaba Mirzəyev əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb.

AzNews.az