Yuxarı Qarabağ kanalında bir nəfər boğulub. Yuxarı Qarabağ kanalında bir nəfər boğulub.

Bir nəfər kanalda boğuldu

Yuxarı Qarabağ kanalında bir nəfər boğulub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 15 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1970-ci il təvəllüdlü Marif Arif oğlu Məmmədovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 15:40-da başa çatıb.