Bir neçə rayonda yanğın olub

Martın 7-də respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb




Lerik rayonu, Lüləkəran kəndində (rayon mərkəzindən 5 km aralı) 3 ailəyə məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Mənzilin qalan hissəi və qonşu mənzillər yanğından mühafizə olunub.

İkinci hadisə Bakının Xətai rayonunda qeydə alınıb. Bakı şəhəri, Xətai rayonunda kəsilməkdə olan ümumi sahəsi 300 kv.m istifadəyə yarasız gəminin yanar hissələri 30 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Ağsu rayonunda qeydə alınıb. Ağsu rayonu, Gəgəli kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlaması yanıb. Yanğından tövlənin qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunub. Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az