- Köhnə - Hadisə
- 5 Mart 2018 20:04
- 3 526
Azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişlədi
Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə sahibsiz it dişləyib.
AzNews.az APA-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Cuma kənd sakinləri, 2016-cı il təvəllüdlü İmarət Polad qızı Məcnunova sol baldır nahiyəsinin, onun 2014-cü il təvəllüdlü qardaşı Aslan isə başın alın nahiyəsinin kəsəyən dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.
Günorta saatlarında isə Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Murad Kazım oğlu Əhmədov döş qəfəsinin sağ hissəsinin it dişləməsi, rayonun Sarıca kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdi Ziyad oğlu Rüstəmov isə sol diz nahiyəsinin it dişləməsi xəsarəti ilə MRX-yə yerləşdiriliblər.
Mərkəzi Rayon Xəstəxanası məlumat verib ki, onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıblar.