Sədaqət Rəşidqızı xəsarət aldı, yarasına 4 tikiş vuruldu Sədaqət Rəşidqızı xəsarət aldı, yarasına 4 tikiş vuruldu

ANS-ın xanım aparıcısı qəzaya düşdü

Sədaqət Rəşidqızı xəsarət aldı, yarasına 4 tikiş vuruldu



ANS-in aparıcısı və bəstakar Sədaqət Rəşidqızı dünən idarə etdiyi "Hundai" markalı maşınla qəzaya uğrayıb. AzNews.az-a daxil olan məlumata görə, xanım aparıcının maşını ilə toqquşmada bir neçə avtomobil əzilib. Sədaqət Rəşidqızının isə çənəsindən xəsarət aldığı və yarasına 4 tikiş vurulduğu da daxil olan informasiyalar arasındadır.

S.Rəşdqızı özü isə AzNews.az-a açıqlamasında qəza baş verdiyini təsdiqləsə də, hadisənin onun yox, başqa bir sürücünün təqsiri ucbatından baş verdiyini deyib:

"Həmin maşın işıqforda dayandığım yerdə maşının sağ tərəfindən vurub. Maşın əzilsə də özümə heç nə olmayıb, indi də iş dalınca gedirəm. Hər gün neçə-neçə belə qəzalar olur, narahat olmağa dəyməz".

Elnarə Əlosmanqızı
AzNews.az