Ağstafa sakinini bıçaqlayan şəxs saxlanılıb. Ağstafa sakinini bıçaqlayan şəxs saxlanılıb.

25 yaşlı kişi bıçaqlandı - Yenilənib

Ağstafa sakinini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün rayonun Poylu kəndində 1993-cü il təvəllüdlü Elton Rzayevi bıçaqlayan şəxsin kimliyi məlum olub.

Cinayəti törədən şəxs Poylu kənd sakini, 1994-cü il təvəllüdlü Elçin Musayevdir.

E. Rzayevlə E. Musayev arasındakı mübahisənin 5 AZN borc pul üstündə yarandığı bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

***

14:15

Ağstafada bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1993-cü il təvəllüdlü Rzayev Elton qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Çoxlu qan itirən E. Rzayevin vəziyyəti ağır olduğundan o, Gəncədə olan xəstəxanaların birinə aparılıb. Yaxınları əvvəlcə E. Rzayevin yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan onun bıçaqlandığı məlum olub. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

AzNews.az