“Dərbənddə dahi Azərbaycan şairi Nizaminin heykəli və heykəlin ətrafındakı kompleks təhqir edilib” “Dərbənddə dahi Azərbaycan şairi Nizaminin heykəli və heykəlin ətrafındakı kompleks təhqir edilib”

Nizaminin heykəli sındırıldı- Dərbənddə

“Dərbənddə dahi Azərbaycan şairi Nizaminin heykəli və heykəlin ətrafındakı kompleks təhqir edilib”



Bu barədə Lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Hacıəliyev bildirib.

Hacıəliyevin bildirdiyinə görə, eyni adlı parkda yerləşən heykəlin bir əlinin barmaqları sındırılıb. "Heykəlin digər hissəsinə də dəmir parçaları ilə zərbələr endiriblər. Görünür heykəl möhkəm olduğundan o qədər də xətər yetirə bilməyiblər".
Həmkarımızın dediyinə görə, bununla kifayətlənməyən vandallar heykəlin ətrafındakı "Yeddi gözəl" kompleksini də təhqir ediblər. Kompleksdəki qadın təsvirlərinin üstünə qırmızı boya atıblar.

Dərbənd rayon sakini Kərim Şahmuradov isə bizimlə söhbətində bildirib ki, faktla bağlı polisə müraciət edilsə də, heç bir araşdırma aparılmır. "Bir qrup ağsaqqal Dərbənd rayon adminstrasiyasının başçısı, milliyyətcə azərbaycanlı Qurban Qurbanova da müraciət etmək istəyib. "Ona bildirilib ki, Dərbənddə Azərbaycan adına təkcə Nizaminin heykəli var. Heç olmasa onu qoruyaq. O, heç ağsaqqalları qəbul eləmədi. Polisə göstəriş verdi ki, onu Nizami maraqlandırmır".

Soydaşımızın dediyinə görə, bu həftə Cümə namazından sonra heykəlin təmir olunması, kompleksin bərpa edilməsi üçün Dərbənddə yaşayan azərbaycanlılara müraciət ediləcək. "Vəsait toplayıb, mütəxəssis tapıb, heykəli və kompleksi qaydaya salacağıq"- deyə Şahmuradov bildirib.

AzNews.az