Həmin vertolyot ölən əsgərləri paytaxta aparmalıdır, rayonda bütün yollar bağlanıb Həmin vertolyot ölən əsgərləri paytaxta aparmalıdır, rayonda bütün yollar bağlanıb

Qubada ikinci helikopteri gözləyirlər – FACİƏ

Həmin vertolyot ölən əsgərləri paytaxta aparmalıdır, rayonda bütün yollar bağlanıb



Məlum olduğu kimi, Quba rayonunda Daxili Qoşunlarının əsgərləri işə gedən zaman qəzaya düşüb. Hadisəyə səbəb kimi havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində nasazlıq olduğu göstərilir.

Qubadakı mənbənin sözlərinə görə isə əsgərləri daşıyan RAF markalı avtomobil qarşıdan gələn maşınla labüd toqquşmadan yayınmaq üçün yoldan çıxıb və ağaca çırpılıb. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub. Artıq qəza nəticəsində dünyasını dəyişənlərin sayı 5-ə çatıb.

Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan hərbçilər Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. AzNews-az-ın məlumatına görə, Bakıdan Qubaya göndərilən helikopterlə yaralılar paytaxta yola salınıb. Hazırda rayonda ikinci vertolyotu gözləyirlər. Onunla isə hadisə zamanı ölən əsgərlər Bakıya gətiriləcək.

Bu anda aldığımız xəbərə görə, ölən əsgərlərin valideynləri Quba rayon Mərkəzi Xəstəxanasının qarşısına toplaşıb.

Baş vermiş hasdisəylə bağlı isə Quba rayon Hərbi Prokurorluğunda cinayət işi açılıb.

Məlumata görə,hazırda Quba rayonunda bütün yollar bağlanıb və gərginlik davam edir.

Ruhiyyə
AZNEWS.AZ