- Köhnə - Hadisə
- 10 İyul 2013 17:59
- 1 582
“Ələt-dəniz“ yatağında yeni quyu istismara verildi

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Sahil" Qazma İşləri İdarəsi tərəfindən VII horizonta qazılan quyu 3847-3837 metr intervaldan sutkalıq 70 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə qazılıb.
AzNews.az