- Köhnə - Hadisə
- 2 Sentyabr 2013 11:34
- 3 140
Goranboy rayon sakini özünü bıçaqladı
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Goranboy rayon Qazanbulaq kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov İlham qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. Hazırda yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Goranboy rayon Polis Şöbəsindən bildirilib ki, ilkin ifadə zamanı İlham İbrahimov özü özünü bıçaqladığın bildirib. Hazırda fakt üzrə araşdırma aparılır.
AzNews.az