Hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 19-dan 20-nə keçən gecə respublikanın qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, 21-i gündüzədək qeyri-sabit, güclü küləkli, soyuq keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcəyi, ayrı-ayrı rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

AzNews.az