Təcridxanaya ağzında narkotik keçirmək istədi

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Süleyman İsmayıl oğlu Nuriyevin məhkəmədən müəssisəyə etapla daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilərkən onun ağız boşluğunda gizlədilmiş şəffaf sellofana bükülmüş xalis çəkisi 1,17 qram narkotik maddə "marixuana" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

AzNews.az