İş adamının qətlə yetirilməsi ilə bağlı Rəsmi məlumat

Daxili İşlər Nazirliyi Lənkəranda iş adamının qətli bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 18-də Lənkəran rayonu Göyşaban kəndində kənd sakini Etibar Nəzərovun odlu silahdan (tapançadan) açılan atəşlə qətlə yetirilmiş meyiti "Mitsubishi" markalı avtomobilində tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


AzNews.az