- Köhnə - Hadisə
- 1 May 2014 10:45
- 7 011
NİİM-dən sürücülərə xəbərdarlıq

"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən (Heydər Əliyev prospekti ilə kəsişmədəki tuneldə tam olaraq) məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.
AzNews.az