- Köhnə - Hadisə
- 3 May 2014 09:33
- 4 136
Bakıda polis mayorunu maşın vurdu
![](https://www.aznews.az/storage/photos/Qezada-sinmish-padpres-180912q.jpg)
APA-nın məlumatına görə, Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında yolu keçmək istəyən piyada, 52 yaşlı polis mayoru Solmaz Zeynalovanı "Hover" markalı, 99 GF 993 dövlət nömrə nişanlı avtomobil vurub.
S. Zeynalova çanaq sümüklərinin hər iki qapağının sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib
Avtomobilin sürücüsü hadisə yerində olsa da, hadisə barədə məlumat vermək istəməyib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
S. Zeynalovanın BŞPBİ-də işlədiyi, hadisənin də işə getmək üçün yolu keçmək istəyərkən baş verdiyi bildirilir.
AzNews.az