Məktəblilər suxarıdan zəhərləndilər

Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, zərərçəkənlərin valideynlərinin sözlərin görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib.
Onlardan ikisinə - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb.
Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır.


AzNews.az