Azərbaycanda toyda kütləvi dava: xəsarət alanlar var

Cəlilabad rayonunda toyda kütləvi dava düşüb.

Şahidlərin Qaynar.info-ya verdiyi məlumata görə, hadisə "Ülvi" Şadlıq sarayında baş verib.

Məlumata görə, əvvəlcə tərəflər arasında mübahisə yaranıb.

Daha sonra mübahisələrini bayırda davam etdirən gənclər bıçağa əl atıblar. Nəticədə Cəlilabad rayon sakinləri 1990-cı il təvəllüdlü Cəfərov Azad Kamal oğlu, 1992 -ci il təvəllüdlü Sultanov Rəşad Cavid oğlu və onun qardaşı 1994- cü il təvəllüdlü Sultanov Fuad Cavid oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi xəstəxanasına (MRX) çatdırılıblar.

Hadisəni hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.