Mədət Quliyevin idarəsində dəhşətli hadisə - Əsgər özünü güllələdi (Yenilənib)

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az verilən məlumata görə, Mühafizə alayının əsgəri, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu 18.08.2014-cü il tarixdə saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

***
10:41

Bakıda cəzaçəkmə müəssisəsində əsgər tabeliyində olan silahla özünü güllələyib.

AzNews.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə Bak şəhəri Xəzər rayonu, Binə qəsəbəsi 2 saylı Cəzaçəkmə müəssisəsində baş verib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əsgəri olmuş 1994-cü il təvəllüdlü əsgər Təhməzli Fərid Aslan oğlu 2 saylı Cəzaçəkmə müəssisəsində xidmətdə olan zaman qeyri-müəyyən şəraitdə tabeliyindəki avtomat silahdan açılan atəşlə özünə xəsarət yetirib. Yara ağır olduğundan əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayyət işi açılıb.


Amid
AzNews.az