Oktyabrın 20-də Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev açıqlama yayaraq bildirmişdi ki, “Amerikanın səsi” radiosu Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında veriliş hazırlayıb. Oktyabrın 20-də Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev açıqlama yayaraq bildirmişdi ki, “Amerikanın səsi” radiosu Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında veriliş hazırlayıb.

“Amerikanın səsi” Qarabağla bağlı etirazları nəzərə aldı

Oktyabrın 20-də Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev açıqlama yayaraq bildirmişdi ki, “Amerikanın səsi” radiosu Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında veriliş hazırlayıb.



Qeyd olunurdu ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, Ermənistanın işğalçılıq siyasəti və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır: "Obyektivlik" və "qərəzsizlik" prinsiplərindən danışan "Amerikanın səsi" radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır. "Amerikanın səsi" radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir. "Amerikanın səsi" radiosunun bu birtərəfli addımı həm də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir".

AzərTAc-ın oktyabrın 30-da yaydığı məlumata görə, "Amerikanın səsi"nin erməni xidmətinin saytındakı video reportaj yığışdırılıb və belə açıqlama yerləşdirilib: "2014-cü il oktyabrın 18-də "Amerikanın səsi"nin erməni xidməti özünün saytında "Amerikanın səsi"nin jurnalist standartları balansını və obyektiv baxışı pozaraq Dağlıq Qarabağ barədə 10 dəqiqəlik video yerləşdirib. Biz standartlarımızın pozulmasına görə təəssüf hissi keçiririk və əmin edirik ki, "Amerikanın səsi" erməni xidməti davamlı olaraq etibarlı və nüfuzlu xəbər mənbəyi olaraq çalışacaq".