Çində iyunun 1-də Yantszı çayında gəminin devrilməsi nəticəsində itkin düşən 400-ə yaxın insanın yaxınları gəmi batan yerin ərazisində etiraz aksiyası keçiriblər. Çində iyunun 1-də Yantszı çayında gəminin devrilməsi nəticəsində itkin düşən 400-ə yaxın insanın yaxınları gəmi batan yerin ərazisində etiraz aksiyası keçiriblər.

İtkin düşənlərin yaxınları etiraz etdi: “Belə böyük gəmi necə devrilə bilər?”

Çində iyunun 1-də Yantszı çayında gəminin devrilməsi nəticəsində itkin düşən 400-ə yaxın insanın yaxınları gəmi batan yerin ərazisində etiraz aksiyası keçiriblər.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, etirazçılar polisin nəzarət maneələrini keçərək onlara məlumat verilməsini tələb ediblər.

BBC-nin Pekindəki müxbiri Celia Hattonun sözlərinə görə, sərnişinlərin yaxınları baş verən fəlakət haqqında "Necə belə böyük gəmi tez devrilə bilər?", yaxud "SOS siqnalı niyə işləməyib?" kimi suallarına cavab almaq istəyirlər.

Yerli media yazır ki, birinci gün çayda batan "Şərq ulduzu" adlanan gəmidə sərnişinlərdən 65 nəfərinin öldüyü təsdiqlənib. İkinci gün isə daha 39 nəfərin cəsədi xilasedicilər tərəfindən tapılıb. Hadisə zamanı Gəmidə 405 sərnişin, 46 ekipaj üzvü olub, onlardan yalnız 14-ü xilas ola bilib.

Xilasedicilər hələ də axtarışları davam edirlər. Baş nazir Li Keqianhg deyib ki, ən kiçik ümid yeri varsa belə, axtarışlar davam etdirilməli və itkin düşənlər tapılmalıdır.

İtkin düşmüş sərnişinlərin yaxınlarının bir hissəsi isə turistlər üçün gəmi turunu təşkil edən səyahət şirkətinin yerləşdiyi Şanxay şəhərində də etiraz ediblər.

Gəminin batmasının səbəbi hələ də məlum deyil. Amma xilas edilənlər çayda burulğan baş verdiyini iddia edirlər. Gəminin xilas olmuş kapitanı və baş mühəndisi hal-hazırda polis nəzarətindədir.

Gəmi sərnişinlərin əksəriyyəti 50-80 yaşları arasında olanlar idi. Onlar Nankindən Çonkinə qədər 1500 kilometrlik dəniz gəzintisinə çıxmışdılar. Gəmi batan yerdə çayın dərinliyi 15 metrə çatır. Elə buna görə də xilasetmə işləri çətinliklə aparılır.