Qəza: ölən var

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 92-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində qeydə alınıb.

Rayonun Atbulaq kənd sakini Qədirov Səfər Ağaqulu oğlu idarə etdiyi "Mercedes" markalı maşınla yolu keçən Atbulaq kənd sakinləri Balakişiyev Rasim Aprel oğlunu və onun nəvəsi 2008-ci il təvəllüdlü Öməri vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən R. Balakişiyev orada dünyasını dəyişib. Azyaşlının vəziyyəti isə orta-ağırdır.

AzNews.az