Zakir Həsənov polkovniki işdən qovdu - Gizli dinləmə qalmaqalı

Müdafiə Nazirliyində vacib postlardan birinin rəisi işdən qovulub.


AzNews.az xəbər verir ki, nazir Zakir Həsənov MN-in Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polkovnik Ağalar Manafovu tutduğu vəzifədən azad edib.

Ağalar Manafov hərbi sistemdə məşhur simalardan biridir. Onun işdən çıxarılması işində verdiyi nöqsanlarla əlaqələndirilir.

Bundan əlavə, son vaxtlar nazirliyə edilən zənglərin qanunsuz olaraq dinlənilməsi və bununla bağlı hərbiçilərin narazılığı, çoxsaylı müraciətlətin edilməsi də polkovnikin "vurulmasına" səbəb kimi göstərilir.

Bildirilir ki, nazirlik əməkdaşlarının telefon danışıqlarının dinlənilməsini Təhlükəsizlik İdarəsi həyata keçirir və bu işlər idarə rəisi Hicran Hüseynov tərəfindən Ağalar Manafova tapşırılıbmış.
Məsələnin narazılığa səbəb olduğu bir vaxtda A.Manafovun işdən qovulması nazirin şikayətlərə sərt reaksiyası kimi qəbul olunur.

Azər
AzNews.az