MTN-in daha 4 əməkdaşı həbs edildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 4 əməkdaşı həbs edilib.

Məlumata görə, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.

APA.az