Goranboyda partlayış - Yaralanan var

Goranboy rayonunda partlayış olub.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yanvarın 16-da saat 23 radələrində Goranboy rayonunun Səfikürd kəndində baş verib.

Orada yaşayan Etibar Bəşirovun evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin bir qismi yanıb, E.Bəşirovun anası Gövhər Məmmədova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.